BAKI, 14 iyun – Sputnik. Gündəlik yuxu müddətini araşdıran mütəxəssislər maraqlı nəticələr əldə edib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, araşdırma zamanı müəyyən edilib ki, gündə 6 saatdan az, 10 saatdan çox yatmaq qan təzyiqi, yüksələn qan şəkəri, bel ətrafında yağlanma, yüksək xolestrol kimi əlamətlərlə özünü göstərən “metabolik sindrom” riskini artırır.
Seul Universitetinin Tibb Fakültəsində aparılan araşdırmada 40-69 yaşlı 133 min 606 qadın və kişi iştirak edib.
Qan hüceyrələri, plazma nümunələri və s. analizləri götürülən iştirkaçılara “gündə neçə saat yatırsınız?” sualı ünvanlanıb.
Araşdırma kişilərin 11 faizinin, qadınların 13 faizinin 6 saatdan az, kişiıərn 1,5, qadınların 1,7 faizinin 10 saatdan çox yatdığını müəyyən edib.
Araşdırma zamanı 10 saatdan çox yatan kişilərdə və qadınlarda metobolik sindrom olduğu müəyyən olunub.