İQTİSADİYYAT

Elman Rüstəmov kredit faizlərinin nə vaxt aşağı salınacağının anonsunu verdi

AMB sədri: "Öncə kreditlərin eko sistemi və risklərin aradan qaldırılması istiqamətində addımlar atmalıyıq"
Sputnik

BAKI, 14 iyun — Sputnik. "Bankların verdiyi kreditlərin yüksək olması makroiqtisadi səbəblərdən qaynaqlanmır. Kreditlər üzrə faiz dərəcələrinin yüksək olmasının səbəblərini digər şərtlərdə axtarmaq lazımdır".

Bu dəfə bankların başı dərddə - Nə etməli?

Sputnik Azərbaycan xəbər verir ki, bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov belə açıqlama verib. O bildirib ki, kreditlərə olan tələb və təklif nisbəti müəyyənləşdirilməlidir.

"Mən burada sağlam tələb və təklifi nəzərdə tuturam. Bilirsiniz ki, bank sektoru kredit verəndə risklərini qiymətləndirmək istəyir" — AMB sədri bildirib.

Onun sözlərinə görə, makroiqtisadi sabitlik siyasəti, monetar şəraitin normallaşdırılması tədbirləri davam etdiriləcək: "Müvafiq qurumlarla birlikdə kreditlərin eko sistemi və risklərin aradan qaldırılması istiqamətində addımlar atmalıyıq. Bundan sonra yaxın gələcəkdə biz kreditlər üzrə faiz dərəcələrinin aşağı salınması, xüsusilə bazarın təklif etdiyi ipoteka kreditləri üzrə faiz dərəcələrinin birrəqəmli səviyyəyə düşməsindən daşına bilərik. Bunun üçün çox işlər görməliyik".