Parisdəki terror hadisəsi barədə yeni məlumat yayıldı

Mərakeşlinin adı terrorçuluğa meylli insanlar siyahısında olmayıb
Sputnik

BAKI, 13 iyun — Sputnik. Parisdə dinc insanları girov götürmüş şəxsin mərakeşli olduğu məlum olub. Sputnik Azərbaycan bildirir ki, bu barədə Fransanın daxili işlər naziri Jerar Kollon məlumat verib. 

Həmin şəxsin 27 yaşı var. Mərakeşlinin adı terrorçuluğa meylli insanlar siyahısında olmayıb. O dinc, sakit biri kimi xarakterizə olunur. Mərakeşlinin hərəkətinin motivləri də məlum deyil. 

İyunun 12-də axşam saatlarında bir nəfər kişi Parisin şimalında iki şəxsi girov götürüb. Girovlardan biri hamilə qadın olub. Cinayətkar silahlı olduğunu iddia edib və İran səfirliyi ilə əlaqə yaratmaq tələbini irəli sürüb. Lakin polislə girovları azad edərək cinayətkarı həbs ediblər.