Bakı sakinlərinə növbəti xəbərdarlıq edildi

Nəsrəddin Tusi, General Əliağa Şıxlinski küçələrinə və Gəncə prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq
Sputnik

BAKI, 13 iyun — Sputnik. Paytaxtda bəzi ərazilərdə su olmayacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" Açıq Səhmdar Cəmiyyətdən məlumat verilib.

Məlumatda bildirilir ki, Bakının Xətai rayonu M.Hadi, X.Məmmədov və Vunqtau küçələrində 13 iyun 2018-ci il tarixində gün ərzində Səməd bəy Mehmandarov, Nəsrəddin Tusi, General Əliağa Şıxlinski küçələrinə və Gəncə prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.

Məhdudiyyət yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədardır.