BAKI, 13 iyun — Sputnik. ABŞ-ın Azərbaycandakı səfirliyi, "Rəsm" zərgərlik evi, Təhsil Nazirliyinin nəzdində olan Uşaq və Gənglər Mərkəzləri 6-16 yaşlı uşaq və yeniyetmələri ətraf mühit məsələləri barədə maarifləndirmək və istedadları üzə çıxarmaq məqsədilə incəsənət müsabiqəsi keçirib. Bu barədə Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.
Müsabiqə iştirakçıları rəsm işlərini istənilən (həm elektron, həm də qeyri-elektron) formatda izah edən inşa ilə birlikdə təqdim ediblər.
Təhsil Nazirliyi və "Rəsm" zərgərlik evi ilə birlikdə ABŞ Səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə müşavir vəzifəsini icra edən Haydi Smislə birlikdə Azərbaycan Demokratik Respublikasının 100 illiyinə və Yer (Kürəsi) Gününə həsr olunmuş İncəsənət Müsabiqəsinin qaliblərinə mükafat və sertifikatlar təqdim ediblər.
Müsabiqənin beynəlxalq münsiflər heyəti 500-dən çox incəsənət işini nəzərdən keçirib onların arasından 60-nı seçib. Seçilmiş işlər 12-15 iyun tarixində 3 nömrəli Uşaq və Gənclər Mərkəzində numayiş olunacaq. Sərgiyə giriş ödənişsiz və hamı üçün açıqdır. Seçilmiş işlər ABŞ Səfirliyi və "Rəsm" zərgərlik evinin feysbuk səhifələrində yerləşdiriləcək.