MƏDƏNİYYƏT

Sosialist kinosunun ən populyar hindu qəhrəmanı

Çinqaçuk roluna görə Qoyko Mitiçi Azərbaycanda ən populyar yuqoslav aktyoru hesab etmək olar
Sputnik

BAKI, 13 iyun — Sputnik. 1940-cı il iyunun 13-də keçmiş Yuqoslaviyanın serb əsilli məşhur kinoaktyoru, rejissoru və kaskadyoru Qoyko Mitiç (Gojko Mitic) anadan olub. 

Sputnik Azərbaycan-ın məlumatına görə, Qoyko Mitiç 13 iyun 1940-cı ildə Serbiyanın Leskovats şəhəri yaxınlığındakı Stroykovts kəndində kəndli ailəsində dünyaya gəlib. Belqrad Bədən Tərbiyəsi institutunu bitirib. 

1960-cı ildən etibarən filmlərdə əvvəlcə kaskadyor, sonra isə aktyor kimi iştirak edib.

Hindulardan bəhs edən filmlərdə (“Çinqaçuk – Böyük İlan”, “Böyük Ayı bürcünün oğulları” və s.) rolları ilə şöhrət qazanıb.

Keçmiş SSRİ-də, o cümlədən Azərbaycanda hindu qəhrəmanlarının rolları ilə çox populyar olub. Onu Azərbaycanda ən populyar yuqoslav aktyoru hesab etmək olar.