Nazir İnam Kərimov özünə müşavir təyin etdi

İnam Kərimov Şəbnəm Məmmədovanı özünə innovasiya üzrə müşavir təyin edib
Sputnik

BAKI, 13 iyun — Sputnik. Kənd Təsərrüfatı Nazirliyində (KTN) yeni təyinat olub. Spuntik Azərbaycan "Report"a istinadən xəbər verir ki, nazir İnam Kərimov Şəbnəm Məmmədovanı özünə innovasiya üzrə müşavir təyin edib.

Kənd təsərrüfatı naziri baramaçılığın və ipəkçiliyin yeni hədəflərini açıqladı

Ş.Məmmədova ADA Universitetinin "Biznesin idarə edilməsi" fakultəsini bitirib, daha sonra Hollandiyadakı Maastrixt Menecment Məktəbində beynəlxalq biznes üzrə təhsil alıb, eləcə də Sinqapurda, İsraildə və ABŞ-da innovasiyalar üzrə təhsilini davam etdirib.

O, 8 ilə yaxın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində innovasiyalar sektorunun müdiri olub.

Ş.Məmmədova informasiya və kommunikasiya texnologiyaları (İKT), innovasiyalar üzrə qadınların maarifləndirilməsinə və savadlılığının artırılmasına xidmət edən "İKT-də Qadınlar Klubu"nun həmtəsisçisidir.

KTN-nin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov "Report"a açıqlamasında xəbəri təsdiqləyib.