BAKI, 13 iyun — Sputnik. "Mersedes-Benz" şirkəti 238 mini Almanyada olmaqla Avropadan 774 min avtomobili geri çağıracaq. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadla xəbər verir ki, "Vito", "GLC330D" və C220D modelləri geri çağırılacaq.
Məlumata görə, bəhs edilən modellərdə emissiya dəyərləri hesablanarkən lisenziyalaşdırılmamış cihazların da bu siyahıya düşdüyü və buna görə emissiya dəyərlərinin həqiqətdə olduğundan artıq olduğu məlum olub.