Qonşuda baş nazir istefa verdi

Kvirikaşvili 2013-cü ildən Gürcüstan hökumətinə başçılıq edirdi
Sputnik

BAKI, 13 iyun — Sputnik. Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili istefa verib. Bu barədə o, Tbilisidə keçirdiyi brifinqdə bildirib. 

"Mənimlə hakim "Gürcü arzusu" partiyasının lideri arasında fikir ayrılıqları var. Biz Gürcüstanda həyata keçirilən iqtisadi siyasəti müzakirə etmişik. Son aylar ərzində müxtəlif mövqedən yanaşdığımız məsələlər olub. Bu normal prosesdir.

Bu gün elə məqamdır ki, partiya sədrinə komandasını istədiyi kimi formalaşdırmağa imkan vermək lazımdır. Bütün məsuliyyətimlə bildirirəm ki, mənim rəhbərliyim altında hökumət vacib islahatlar həyata keçirib" — Kvirikaşvili deyib.

Kvirikaşvili 2013-cü ildən Gürcüstan hökumətinə başçılıq edirdi.