İQTİSADİYYAT

Bu qərar dolların taleyinə təsir edəcək

Qeyd edək ki, bundan əvvəl FED martın 21-də uçot dərəcəsini artırıb
Sputnik

BAKI, 13 iyun — Sputnik. Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb.

"APA-Economics" xəbər verir ki, proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 1,75-2,0%-dək artırıb.

Qeyd edək ki, bundan əvvəl FED martın 21-də uçot dərəcəsini artırıb.

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.