Ermənistan prezidenti Azərbaycan ərazisinə gəlib

Bu, prezident kimi Armen Sarkisyanın Qarabağa ilk səfəridir
Sputnik

BAKI, 13 iyun — Sputnik. Ermənistan prezidenti Armen Sarkisyan bu gün Azərbaycanın işğal altında olan Dağlı Qarabağ bölgəsinə səfərə gedib. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Bu, prezident kimi Armen Sarkisyanın Qarabağa ilk səfəridir. Səfərin detalları açıqlanmır.

Qeyd edək ki, Armen Sarkisyan martın əvvəlində Ermənistan parlamenti tərəfindən prezident seçilib və aprelin 9-undan prezident səlahiyyətlərini icra etməyə başlayıb. Ermənistanın yeni Konstitusiyasına əsasən prezident 7 il müddətinə seçilir.