HADİSƏ

Ehtiyatsızlıq az qala həyatına son qoyacaqdı

Xəsarət alanı müalicə etmək üçün Bakıdan həkim çağırılıb
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 13 iyun — Sputnik. Astarada bədbəxt hadisə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Siyaku kəndində qeydə alınıb.

Belə ki, arı pətəkləri yüklənmiş yük avtomobili ilə gedərkən 1999-cu il təvəllüdlü Siyaku kənd sakini Elton Şabanov ehtiyatsızlıqdan avtomobilin yük yerindən yıxılıb. Nəticədə E.Şabanov açıq kəllə-beyin travması alıb. Xəsarət alan dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Elton Şabanovun vəziyyətinin kritik olduğundan müalicə olunması üçün Bakıdan həkim çağırılıb. Faktla bağlı araşdırma davam etdirilir.