RUSİYA

Bu gün Moskvada prezidentlərin görüşü olacaq

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 12-də Rusiyaya işgüzar səfərə gedib
Sputnik

BAKI, 13 iyun — Sputnik. Bu gün Moskvada Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında görüş keçiriləcək. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Pekosvun sözlərinə görə, Putin Azərbaycan prezidenti ilə yanaşı bu gün, həmçinin Ruanda prezidenti Polem Kaqame, Boliviya prezidenti Evo Morales, Livan baş naziri Səid Hariri və Ermənistan baş naziri Nikol Paşinyanla da görüşü baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 12-sində Rusiyaya işgüzar səfərə gedib. Ölkə başçısı 14 iyunda "Lujniki" stadionunda keçiriləcək futbol üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edəcək.