Qadın internet vasitəsilə 11 bacı-qardaşını tapdı

Enton Uilyam Berron qadının anasını 1962-ci ildə, onun 2 yaşı olanda tərk edib
Sputnik

BAKI, 13 iyun — Sputnik. Amerikalı qadın çox arvadı olan atasının 11 övladını tapıb. Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, qadın 8 dəfə ailə həyatı qurmuş atasının uşaqlarını axtarmağa başlayıb.

Məlumata görə, Konni Hoye DNK analizi və online genoloji xidmət vasitəsi ilə yaxınlarını axtarmağa başlayıb. O müxtəlif ştatlarda yaşayan və bir-birini tanımayan 5 bacısını və 6 qardaşını tapa bilib. Qadın əmindir ki, onların sayı daha çoxdur.

Enton Uilyam Berron qadının anasını 1962-ci ildə onun 2 yaşı olanda tərk edib. Sonra məlum olub ki, buna səbəb atasının onun dünyaya gəldiyi xəstəxananın əməkdaşı ilə sevgi macərası olub. Yeni sevgilisi ilə kişi yoxa çıxıb.

"Biz bilirik ki, o hansısa qadını hamilə buraxmadan çox uzağa gedə bilməz" deyə Hoy bildirib. Qadının sözlərinə görə, atası Vaşinqton, Viskonsin, Minnesota, Texas və Kaliforniyada olub və onun bu ştatlarda uşaqlarının olmaması mümkün deyil.

"O İndoneziyada neft platformasında çalışdığı zaman evlənib və bir uşağı olub" deyə Hoy əlavə edib.

Luiziana ştatının rəhbərliyi Berronun 5 dəfə evləndiyi bilən zaman onu çoxarvadlılıqda ittiham edərək həbs edir. Məhkəmə zamanı onun 5 arvadından 3-ü şahidlik edir. Qadınlardan ikisi məhkəmə zamanı başqaları ilə evli olduqları üçün susmağa üstünlük verir.

1979-cu ildə Berronu arvadını əlindən aldığı kişi öldürür.