BAKI, 12 iyun — Sputnik. Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) artıq fəaliyyətə başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu gün Eskişəhərdə TANAP-ın birinci hissəsinin açılış mərasimi baş tutub.
Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna prezidenti Petro Poroşenko, Serbiya prezidenti Aleksandr Vuçiç iştrak ediblər.
Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, Ukrayna dövlət başçısı Petro Poroşenko, tanınmamış Şimali Kipr Türk Cümhuriyyətinin lideri Mustafa Akıncı, Serbiya prezidenti Aleksandr Vuçiç, Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev simvolik olaraq qazın qəbulunu həyata keçiriblər.