SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Siyasi partiyalar haqqında" qanuna dəyişiklik təklif olunur

Siyavuş Novruzov: "Bəzi siyasi partiyalar maliyyə dövriyyələri barədə aidiyyatı qurumlara hesabat vermir"
Sputnik

BAKI, 12 iyun — Sputnik. "Bəzi siyasi partiyalar maliyyə dövriyyələri barədə aidiyyatı qurumlara hesabat vermir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən növbədənkənar plenar iclasında deyib.

Siyasi partiya və QHT-lərlə bağlı yeni qərar

O bildirib ki, belə olan halda isə qeyri-şəffaflıq ortaya çıxır: "İndi öz aralarında mübahisə edirlər ki, pul gəlir, mənimsənilir. Bu isə ölkənin ümumi siyasi sisteminə zərər verir. Hər bir siyasi partiya öz hesabatını həm ictimaiyyətə, həm də aidiyyatı qurumlara təqdim etməlidir".

Millət vəkili "Siyasi partiyalar haqqında" qanunun 8-ci (Siyasi partiyada üzvlük) maddəsinə dəyişiklik edilməsini də təklif edib: "Maddədə göstərilir ki, maliyyə orqanlarının nümayəndələri siyasi partiyaların üzvü ola bilməzlər. Bu düzgün deyil. Həmin şəxs partiya üzvü olsa, nə olacaq ki? Bu maddəyə dəyişiklik edilməlidir".