BAKI, 12 iyun — Sputnik. Norveçdə yerləşən Musti Qrup şirkətinin müdiriyyəti maraqlı qərar qəbul edib.
Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, ev heyvani üçün qida və digər əşyalar satan bu şirkət orada işləyən və ev heyvanı olan işçiləri üçün yeni imkan yaradıb. Şirkətin rəhbərliyi qərara alıb ki, bu şirkətdə işləyən işçilərin ev heyvanlarından biri balalasa, şirkət həmin işçiyə 3 gün istirahət verəcək. Rəhbərlik düşünür ki, hər canlının qayğıya ehtiyacı var və ev sahibi o ev heyvanını ən azı 3 gün qayğı göstərməlidir.