CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kasıb olmaq istəmirsinizsə, mütləq oxuyun

Gəlirinizi artırmağa və pul yığmağa hər zaman çalışmalısınız
Sputnik

BAKI, 12 iyun — Sputnik. Mütəxəssislərə görə, həyatı maddi çətinliklər olmadan yaşamaq üçün insan hər yaşını planlaşdırmalıdır. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, insan 20, 30 və 40 yaşlarına qarşısına hədəflər qoyaraq daha çox qazana bilər.

Belə ki, 20 yaşında insan öz büdcəsinə nəzarət etməli, qənaət etməyə çalışmalı və gəlirinin ən az 10 faizini yığmağa çalışmalıdır.

Bu yaşdan pul yığmağa başlasınız, həyatı yaşamaq sizə daha asan olacaq və özünüzü daha inamlı hiss edəcəksiniz.

Dünyanın ən varlı adamı görün kim oldu, Bill Geyts geridə qaldı

30 yaşında maddi həyatınızı hər zaman 20 yaşında atdığınız addımlara bağlı olacaq. Bu yaşda sağlam gəlir planına sahib olmaq və qənaəti öyrənmək mütləqdir. Əgər 20 yaşından qənaətə öyrənmisinizsə, 30 yaşda evlənmək, uşaq sahibi olmaq, ev almaq və öz işinizi qurmaq üçün imkanlarınız olacaq. Gəlirinizi artırmağa və pul yığmağa hər zaman çalışmalısınız.

40 yaşında təqaüdə çıxmağınıza çox qalsa belə, çox pul xərcləməyə çalışmayın. Təqaüdə çıxdıqdan sonra ehtiyaclarınız barədə hesablamalar aparın, iş qura bilmisinizsə, gəlirlərinizi artırmağa çalışın.

Belə olan halda, həyatınızı maddi sıxıntılar olmadan yaşaya bilərsiniz. Hər yaşda insanlar ehtiyacı olmayan çox şeyə pul xərcləyir. Qarşınıza hədəf qoyun. Ehtiyacınız yoxdursa, pul xərcləməyin.