BAKI, 12 iyun — Sputnik. Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sıravi əsgəri Q.N tibbi məzuniyyət vəd edərək hərbçi yoldaşlarından pul alıb. Sputnik Ermənistan xəbər verir ki, bunu Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan bildirib.
Müdafiə Nazirliyinin Hərbi Polisi müəyyənləşdirib ki, N saylı hərbi hissənin əsgəri öz hərbçi yoldaşları arasında şayiə yayaraq Ermənistan Silahlı Qüvvələri rəhbərliyində dostu olan atalığı K.K-nın pul müqabilində tibbi məzuniyyət təşkil edə bildiyini deyib.
"Üç əsgər qohumları vasitəsilə 10, 18 və 30 günlük məzuniyyət üçün K.K-ya müvafiq olaraq 35 000, 50 000 və 130 000 (270 dollar) ödəyiblər", — deyə Ermənistan Müdafiə Nazirliyinin rəsmisi bildirib.
Hərbi prokurorluq tərəfindən rüşvət və fırıldaqçılıq maddələri üzrə iş başladılıb. İş aparılır.