Bakı Beynəlxalq Avtovağzalı iş rejimini dəyişir

Bayram günləri regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün öncədən almaq tövsiyyə olunur
Sputnik

BAKI, 12 iyun — Sputnik. Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar iş qrafikində dəyişiklik edib. Bu barədə  Spuntik Azərbaycan-a Avtovağzalın Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 13-dən 20-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Rusiyalı iş adamı Azərbaycanda beynəlxalq avtovağzal kompleksi inşa etdirib

Bayram ərəfəsində yarana biləcək sərnişin sıxlığının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Hazırda gün ərzində 300-340 nəqliyyat vasitəsilə təxminən 7-8 min sərnişin yola salınırsa, bayram ərəfəsində 600-dən yuxarı reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur. Kənardan dəvət olunan nəqliyyat vasitələrinin fəaliyyətinə 11 nəfərdən ibarət qiymət komissiyası nəzarət edəcək.

Bayram günləri regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün öncədən almaq tövsiyyə olunur. Biletləri Avtovağzalın kassalarından və ya onlayn qaydada 10 gün öncədən əldə etmək olar.  

Əlavə sual və təkliflər üçün vətəndaşlar 012 406 01 58/59 nömrələrinə müraciət edə bilərlər.

Bakı Beynəlxalq Avtovağzalının rəhbərliyi və kollektivi qarşıdan gələn Ramazan bayramı münasibətilə bütün həmvətənlərimizi təbrik edir və xoş istirahət arzulayırlar.