CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaq bağçasında yaşanan qalmaqal parlamentə daşındı

Millət vəkili: "O tərbiyəçinin etdiyi hərəkətlər qətiyyən yolverilməzdir"
Sputnik

BAKI, 12 iyun — Sputnik. "Kids Studio" uşaq mərkəzində uşaqlara qarşı zorakılıq faktının olması ilə bağlı mətbuatda məlumatlar yayılıb. Bu hadisə İsraildə, Fransada və s ölkələrdə olsaydı, cəmiyyət yerindən titrəyərdi. Ancaq bizdə rəsmi şəkildə hələ bir açıqlama verilməyib. Bəlkə bu, təxribatdır, Azərbaycanda baş verməyib? Həmin bağçanın ünvanına kimi göstərilib. O tərbiyəçinin etdiyi hərəkətlər qətiyyən yolverilməzdir".

Ölkə gündəmi silkələndi, yenə yaralı yerimiz göynədi

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında deputat Fazil Mustafa deyib. O bildirib ki, normal ailə düzəni olmayan insanın bağça, məktəb rəhbərliyinə gətirilməsi yolverilməzdir: "Özü-özünü tərbiyə edə bilməyənə o boyda təhsil müəssisəsini necə həvalə etmək olar? Azərbaycanda onlarla belə nümunə var. Axı, o uşaqlar bizim gələcəyimizdir. Təhsil müəssisələrinə götürülən insanların psixoloji hazırlığı məsələsinə baxılmalıdır".

Millət vəkili qeyd edib ki, Yaponiyada uşaq bağçalarında müəllimlər kişilərdir: "Qadınlar məktəb və bağçalara işə götürülmür. Mən bilmirəm ki, bunun səbəbi nədir. Yəqin ki, onlar ciddi bir araşdırma apardıqdan sonra belə bir qərara gəliblər ki, bağça tərbiyəsi məhz kişilərə həvalə olunmalıdır. Bəlkə biz də bu istiqamətdə sosioloji araşdırmalar aparaq, işlər görək?"

Parlament sədri Oqtay Əsədov isə deyib ki, məktəbəqədər təhsillə bağlı texniki peşə məktəbləri, o cümlədən ali məktəblərdə fakültələr var: "Amma bu məsələ bir qədər fərqlidir və bununla bağlı araşdırma gedir".