Millət vəkili: "Adam xarici vətəndaşların yanında utanır"

Musa Quliyev: "Tullantılar ötən əsrin 60-cı illərindən qalmış kolxoz maşınları ilə daşınır, bəzən küçəyə dağılır"
Sputnik

BAKI, 12 iyun — Sputnik. "Xəzərin Bakı bulvarı hissəsinə axıdılan tullantılar orada üfunət qoxusunun yayılmasına səbəb olur. Bu qoxuya görə adam xarici vətəndaşların yanında utanır". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirlən növbədənkənar plenar iclasında millət vəkili Musa Quliyev deyib.

O bildirib ki, dünyanın bir çox ölkələrində zibillər çeşidlənir və bu, onların emalını da asanlaşdırır.

"Lakin bizdə bu məsələ həllini tapmır. Bundan əlavə, məişət tullantılarının daşınması da problemdir. Bu tullantılar ötən əsrin 60-cı illərindən qalmış kolxoz maşınları ilə daşınır, bəzən küçəyə dağılır. Bakı Şəhər İcra Hakimiyyəti bunu həll etməlidir" — deputat vurğulayıb.