ABŞ koalisiyası dinc sakinləri qırdı

Hadisə nəticəsində 12 nəfər həlak olub, 2 nəfər yaralanıb
Sputnik

BAKI, 12 iyun — Sputnik. ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Suriyanın Əl-Xasake vilayətinin cənub-şərqindəki Tall əş-Şayir şəhərinə zərbələr endirib. Sputnik Azərbaycan Suriyanın "Sana" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Lakin bu Əl-Xasake vilayətində son aylar dinc sakinlərin həlak olması ilə nəticələnən ilk hadisə deyil.

Belə ki, iyunun 5-də Daza kəndinin bombardmanı zamanı 10 nəfər, mayın 12-də Əl-Hamadi kəndinə hücum zamanı səkkiz nəfər, iyunun 11-də Xoveybariya kəndinə zərbələr zamanı isə 18 nəfər həlak olub.