ABŞ və Şimali Koreya bir-birinə tərəf ilk addımı atdı

Tramp: "Biz Koreya yarımadasının nüvəsizləşdirilməsinə doğru sürətli addımlayırıq"
Sputnik

BAKI, 12 iyun — Sputnik. Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp arasında Sinqapurda keçirilən görüşün yekunlarına dair sənəd imzalanıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Tramp bu sənədi "hərtərəfli əməkdaşlığa dair sənəd" adlandırıb.

"Biz Koreya yarımadasının nüvəsizləşdirilməsinə doğru sürətli addımlayırıq" — ABŞ prezidenti bildirib.

Tramp və Kim Çen In

Şimali Koreya lideri isə dünyanın mühüm dəyişikliklər görəcəyini deyib.