BAKI, 11 iyun — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin deputatı Yevda Abramovun təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Yevda Sasunoviç Abramov “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, iyunun 12-də Y.Abramovun 70 yaşı tamam olur.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Yevda Abramov
© © Milli Mejlis of the Azerbaijan Republic