Müharibə qoxusu gəldi: İsrail qırıcısı Tehran üzərindən uçdu

İranın ali rəhbəri "F-35"in ölkənin sərhədini pozmasına görə komandanı işdən çıxarıb
Sputnik

BAKI, 11 iyun — Sputnik. İranın ali dini lideri Əli Xameneyi Hərbi Hava Qüvvələrinin komandanı general Fərzad İsmailini işdən qovub.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Xameneyinin bu qərarı verməsinə İsrailin "F-35" qırıcısının başda Tehran olmaqla İranın mühüm şəhərləri üzərində uçması səbəb olub.

İsrailin döyüş təyyarəsi İranın Tehran, Kərəc, İsfahan, Şiraz və Bəndərabbas şəhərlərinin üzərindən uçuş edib.

Qeyd edək ki, İsrail "F-35" qırıcısından ilk istifadə edən ölkə olub. Beləliklə "F-35" döyüş təyyarələrinin gizli uçuşu ilk dəfə real şəraitdə sınaqdan keçirilib.

Xatırladaq ki, martın sonunda İsrail Hərbi Hava Qüvvələrinə aid iki "F-35" tipli qırıcının Suriya, İraq və İranın hava məkanını pozması barədə məlumat yayılmışdı.