Politoloq qeyd edib ki, belə aksiyalarda din xadimlərinin istefasının tələb edilməsi istisna deyil: "Hamıya bəllidir ki, II Qaregin keçmiş siyasi hakimiyyətlə sıx bağlı idi. II Qaregin onlardan fərqli heç bir addım atmırdı. II Qareginin istefa verəcəyini istisna etmirəm. O da istefaya göndəriləcək. Ancaq ona da əmin deyiləm ki, onun yerinə gələn yeni din xadimləri II Qaregindən fərqli fəaliyyət göstərəcəklər. Əgər bu dəyişiklik baş tutsa, yəni II Qaragin istefa versə, bu, Ermənistandakı hakimiyyət dəyişikliyi ilə sıx bağlıdır”.
Qeyd edək ki, bir müddət öncə İrəvanda keçirilən aksiyalarda etirazçılar II Qareginin vəzifəsindən imtina etməsini tələb edirdilər. Etirazçılar içərisində din xadimləri də var.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz