SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Səfir: “Rusiya – Azərbaycan əlaqələri yüksək səviyyədədir”

M.Boçarnikov Azərbaycan xalqını həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi munasibətilə təbrik edib
Sputnik

BAKI, 11 iyun — Sputnik. "Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələri mövcuddur. Bu dostluq ab-havasına ölkə prezidentləri tərəfindən də dəstək verirlər".

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bunu Rusiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Mixail Boçarnikov Rusiya Günü münasibətilə keçirilən qəbulda deyib.

Səfir parlamentlərarası, humanitar və ticarət sahələrində də əlaqələrin yüksək olduğunu bildirib.

M.Boçarnikov Azərbaycan xalqını həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi munasibətilə təbrik edib.