Bayram namazının vaxtı açıqlandı

Ramazan bayramı namazı iki məsciddə qılınacaq
Sputnik

BAKI, 11 iyun — Sputnik. Azərbaycanda Ramazan ayı münasibəti ilə qılınacaq bayram namazının vaxtı açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Sputnik Azərbaycan-a verilən məlumata görə, bayram namazı iyunun 15-i səhər saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.

QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Təzə Pir məscidində bayram namazına qatılacaq.