BAKI, 11 iyun — Sputnik. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Azadlıq Meydanı — Neftçilər prospektində, Nəsimi rayonu Hənifə Ələsgərov və Yasamal rayonu Salatın Əsgərova küçələrində bu gün axşam saatlarınadək avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, məhdudiyyət üfiqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar tətbiq olunacaq.
AAYDA bu məqsədlə sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.