Yaşamaq üçün 3 planet tapıldı, Yer kürəsinin əkizidirlər

Hər iki ulduzun səthindəki temperatur Günəşdəki temperaturdan 2 dəfə aşağıdır. Amma onların hər ikisi intensiv radiasiyaya məruz qalır
Sputnik

BAKI, 10 iyun — Sputnik. Kanar Astrofizika Universitetinin və Ovyedo Universitetinin alimləri Yer kürəsinə bənzər 3 planetin olduğu planet sistemini aşkar ediblər.

Sputnik AzərbaycanarXiv.org-a istinadən xəbər verir ki, yeni planetlər K2 missiyası çərçivəsində Kepler kosmik observatoriyasının köməkliyi ilə kəşf edilib. Bu missiya, "qırmızı cırtdanların" ətrafında fırlanan potensial həyat üçün yararlı planetlərin axtarışını nəzərdə tutur.

Tədqiqatçılar iki sistem aşkar ediblər. Birinci sistemdə "qırmızı cırtdan" olan K2-239 planeti var və o, Günəşdən 160 işıq ili məsafəsindədir. Onun ətrafında Yer kürəsi böyüklüyündə 3 qayalıq planet fırlanır. Onların K2-239 ətrafında dövr etmə müddəti 5,2 gündən 10,1 günə qədərdir.

İkinci "qırmızı cırtdan" olan K2-240 ulduzu ətrafında iki planet fırlanır. Onların hər birinin diametri Yer kürəsinin diametrindən 2 dəfə böyükdür.

Hər iki ulduzun səthindəki temperatur Günəşdəki temperaturdan 2 dəfə aşağıdır. Amma onların hər ikisi intensiv radiasiyaya məruz qalır.