Tarixi görüşə hazırlığın son akkordları: Hər iki lider paytaxtdadır

Donald Tramp və Kim Çen In arasında görüş iyunun 12-nə planlaşdırılıb
Sputnik

BAKI, 10 iyun — Sputnik. Sinqapurda ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında tarixi görüşə hazırlıqlar sona çatır. Sputnik Azərbaycan xəbər verir ki, artıq hər iki ölkənin lideri görüş üçün Sinqapurdadır.

Trampın təyyarəsi Payya Lebar hərbi bazasında enib. Onu hərbi aerodromda Sinqapurun xarici işlər naziri qarşılayıb. ABŞ lideri oradan sammit müddətində yaşayacağı "Şanqri-La" mehmanxanasına gedib.

Фотографии президента США Дональда Трампа и лидера Северной Кореи Ким Чен Ына на экране телевизора, фото из архива

Bundan əvvəl isə Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Sinqapura gəlib. O, "Air China" şirkətinin təyyarəsində Çanqi hava limanına enib. Kimi də Tramp kimi Sinqapurunu xarici işlər naziri qarşılayıb. Buradan o, "Sent-Redjis" otelinə yollanıb.

Xatırladaq ki, Donald Tramp və Kim Çen In arasında görüş iyunun 12-nə planlaşdırılıb. Görüş Sentosa adasındakı "Capella" mehmanxanasında keçiriləcək. Bu görüşdə hansısa sənədin imzalanması gözlənilmir. Amerika lideri qeyd edib ki, Sinqapur görüşü "prosesə işə salmaq" xarakteri daşıyır.