BAKI, 10 iyun — Sputnik. Qırğız və rus dillərində yazmış böyük qırğız yazıçısı Çingiz Torekuloviç Aytmatov (12 dekabr 1928, Şəkər kəndi, Qırğızıstan SSR — 10 iyun 2008, Nürnberq, Almaniya) vəfat edib.
Çingiz Aytmatovun atası Torekul Aytmatov görkəmli dövlət xadimi idi. Lakin 1937-ci ildə həbs olunub, 1938-ci ildə isə güllələnib. Milliyyətcə tatar olan anası Nagima Aytmatova yerli teatrda aktrisa idi.
8-ci sinfi bitirdikdən sonra Çingiz Aytmatov Cambul zootexnikumuna daxil olaraq, həmin təhsil ocağını əla qiymətlərlə bitirmişdi. 1948-1953-cü illərdə Aytmatov Bişkekdəki Kənd Təsərrüfatı Universitetində təhsil alıb. 1952-ci ildə dövri mətbuatda onun qırğız dilindəki ilk əsərləri çap olunmağa başladı.
1990-1994-cü illərdə Aytmatov SSRİ-nin və sonradan Rusiyanın Benilüks ölkələrindəki səfiri vəzifəsində çalışıb. 2008-ci ilin martınadək Qırğızıstanın Fransada, Belçika, Lüksemburq və Niderlanddakı səfiri olub.
2006-cı ildə "İlin avtoqrafı" kitabının buraxılışında iştirak edib.
Çingiz Aytmatov SSRİ Ali Sovetinin deputatı, Qırğızıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Yazıçılar İttifaqının və Kinematoqrafçılar İttifaqının katibliyinin üzvü, Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin rəhbərlərindən biri, "Xarici ədəbiyyat" jurnalının baş redaktoru, "İssıkkul forumu" adlı beynəlxalq intellektual hərəkatın təşəbbüskarı idi.
10 iyun 2008-ci il tarixində müalicə keçdiyi Almaniyanın Nürnberq şəhərində yerləşən klinikada vəfat edib.