CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün sonuncu sınaq imtahanıdır

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 5252 abituriyent qeydiyyatdan keçib
Sputnik

BAKI, 10 iyun — Sputnik. Bu gün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün respublikanın 12 şəhər və rayonunda sınaq imtahanları keçirilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, imtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhər və rayonlarında, ümumilikdə, 26 binada təşkil olunur.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 5252 abituriyent qeydiyyatdan keçib.

Sınaq imtahanı 1 növbə üzrə keçiriləcək və bütün binalarda saat 11:00-da başlanır.

İmtahanların idarə edilməsi üçün 38 imtahan rəhbəri, 363 nəzarətçi-müəllim ayrılıb.

İmtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmır.