TƏHLİL

Politoloq: “ABŞ və Şimali Koreya liderlərinin görüşündən böyük gözləntilər var”

Politoloq Rövşən İbrahimov deyir ki, indiki vaxtda bu görüşün keçirilməsi çox əhəmiyyətlidir
Sputnik

Rövşən İbrahimov: “ABŞ Şimali Koreyaya tətbiq olunan sanksiyaları aradan qaldıra bilər”
İyunun 12-də ABŞ və Şimali Koreya liderləri Donald Tramp və Kim Çen In arasında görüş baş tutacaq. Cənubi Koreyanın Hankuk universitetinin dosenti, politoloq Rövşən İbrahimov Sputnik Azərbaycan-a deyir ki, bu görüş bir sıra hadisələrin məntiqi nəticəsi olacaq: 

“Bunların arasında Cənubi və Şimali Koreya liderlərinin sərhəddə görüşünü deyə bilərik. Şimali Koreya nüvə potensialının zənginləşdirilməsini ləğv edilməsi üçün söz verdi və bunun üçün ilk addımları atmağa başladı. İndiki vaxtda bu görüşün keçirilməsi çox əhəmiyyətlidir. Çünki bu münaqişənin çoxillik tarixi var. ABŞ və Şimali Koreya liderlərinin görüşündən böyük gözləntilər var. Əgər liderlər siyasi iradə nümayiş etdirə bilsə Şimali Koreya nüvə potensialını zəngilləşdirməyi dayandırmağa başlaya, həmçinin ABŞ da Şimali Koreyaya tətbiq olunan sanksiyaları mərhələli şəkildə qaldıra bilər”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz