BAKI, 9 iyun — Sputnik. Türkiyədə 4 ay əvvəl xəstəxanada qızını boğaraq öldürən ananın yeni doğulan körpəsi dövlət tərəfindən əlindən alınıb. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadla xəbər verir ki, 4 ay əvvəl xəstəxanaya qusma və huşsuzluq halı ilə gətirilən Z. S–nin anası tərəfindən paltarının qolu ilə boğulduğu müəyyən edilmişdi. 4 yaşlı qız 45 gün yaşamaq üçün mübarizə apardıqdan sonra dünaysını dəyişmişdi.
Qızını öldürən Zeynəb Alatay həbs edildiyi zaman 4 aylıq hamilə olub. Bu günlərdə qızı dünyaya gələn anadan uşağı alınıb.