BAKI, 9 iyun — Sputnik. Sosial şəbəkələrdə kişilərin hansı qadınlara aşiq olduğu müəyyən edən araşdırmanın nəticələri paylaşılıb.
Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, kişilər daha çox xoşbəxt qadınlara aşiq olur. Xarici görünüş, bədən quruluşu, yemək bişirmə qabiliyyəti heç bir rol oynamır.
Mütəxəssislərin fikrincə, insan ilk öncə özünün uğurlu olmasını fikirləşir. Xoşbəxt qadın görən kişilər istər-istəməz düşünür ki, məhz onun yanında öz xoşbəxtliyini tapa bilər.