Kəbədə inanılmaz olay: Zəvvar hamının gözü qarşısında intihar etdi - VİDEO

Gənc oğlanın Kəbə ətrafındakı binanın 3-cü mərtəbəsindən özünü atdığı bildirilir
Sputnik

BAKI, 9 iyun — Sputnik. Məkkədə intihar hadisəsi baş verib. Sputnik Azərbaycan Daily Sabah-a istinadən xəbər verir ki, intihar hadisəsi Kəbənin cəmi bir neçə metrliyində törədilib.

Gənc oğlanın Kəbə ətrafındakı binanın 3-cü mərtəbəsindən özünü atdığı bildirilir. Bu zaman aşağıda minlərlə adam olub. Həmin şəxs hadisə yerindəcə ölüb. Səudiyyə Ərəbistanı KİV-nin məlumatına görə, intihar edən şəxs 26 yaşlı fransalıdır. O, İslam dinini yenicə qəbul edibmiş.