CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əfsanəvi kənd tapılıb, orada insanlar...

Evlər qışda tez isinib, yayda isə çox isti olmayıblar
Sputnik

BAKI, 9 iyun — Sputnik. İranda liliputların kəndi aşkarlanıb. Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, buradakı evlərin hündürlüyü 1,5 metrdən artıq deyil.

Çox zaman liliputların kəndi kimi tanınan İranın Maxunik kəndi Cənubi Xorasanda yerləşir. Bu yer öz kiçik evləri ilə məşhurdur. Hazırda kənddə 200-ə yaxın ev var.

Kənddə müasir ölçüdə tikilmiş yeni evlər də var. Ancaq çoxluğu kiçik qapıları olan 1,5 hündürlükdə olan evlər təşkil edir. Bu evlərdə normal insan ayaqüstə dayana bilmir.

Məlumata görə, burada 100 il əvvəl qısa boylu insanlar yaşayıb. Pis su, genetik pozulma və seyrək qida rasionu bu insanların mutasiyaya uğramasına və qısa boylu olmasına səbəb olub.

Yerli sakinlər bütün evləri normaldan kiçik tikdikləri üçün burada hər zaman rahatlıq olub. Evlər qışda tez isinib, yayda isə çox isti olmayıblar.

Hazırda Maxunik kəndinin 700-ə yaxın sakini var. Onlar normal boyda olduqları üçün kiçik evlərdə kimsə yaşamır.