Onların uğurlarını və həyatlarını bütün dünya izləyirdi: qadınlar onları təqlid etməyə çalışırdı, kişilər isə onların gözəlliyinə valeh idi. XX əsrin sonlarında podiumları və milyonlarla insanın qəlbini fəth edən modellər Sputnik Azərbaycan-ın fotolentində.
Ötən əsrin 90-cı illərini biz əminliklə supermodellər dövrü adlandırla bilərik. Klaudiya Şiffer, Naomi Kempbell, Sindi Krouford, Letisiya Kasta, Linda Yevangelista və başqaları dünyaya səs salmışdılar. Onların bəziləri indiyə qədər də öz populyarlıqlarını itirməyiblər.
Ağlasığmaz həcmdə qonorarlar qazanan bu qızlar gözəlliyin və ideal fiquranın yeni etalonunu yaradıblar.
Modanın, zərifliyin, şıqlığın və möhtəşəmliyin ikonası sayılan qızların şəkillərini təqdim edirik. Baxın və xatırlayın!