MƏDƏNİYYƏT

Azərbaycanlıların sevdiyi aktyora böyük zərər

İllərdir ki, bir şampun markasının üzü olan və rol aldığı serial və filmlərdən böyük gəlir əldə edən aktyorun bu dəfə bəxti gətirməyib
Sputnik

BAKI, 9 iyun — Sputnik. Azərbaycanlıların çox sevdiyi aktyor Burak Özçivitin külli miqdarda zərərə düşdüyü iddia edilir. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadla xəbər verir ki, son iki filmdən aktyor 7,5 milyon türk lirəsi (2 milyon 8 yüz min manat) zərərə düşüb.

Məlumata görə, tamaşaçıya təqdim edilən Özçivitin "Qardaşım mənim —2" filminə 8 həftədə 573605 bilet, "Can Fəda" filminə isə 6 həftədə sadəcə 292437 bilet satılıb. İllərdir ki, bir şampun markasının üzü olan və rol aldığı serial və filmlərdən böyük gəlir əldə edən aktyorun bu dəfə bəxti gətirməyib.