BAKI, 9 iyun — Sputnik. Çində ABŞ konsulluğunda çalışan diplomatlarda sirli beyin zədələnməsi müşahidə edilib. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadla xəbər verir ki, diplomatların bəzisi ABŞ-a gətirlib və əlamətlər analiz edilir. Xarici İşlər Nazirliyi hadisəni araşdırmaq üçün Çinə — Quançjouya qrup göndərib.
Xatırladaq ki, Quançjouda yerləşən ABŞ konsulluğunda 170 ABŞ diplomatı çalışır.
Məlumata görə, Pekində səfirlikdə və konsulluqda çalışan diplomatlar da müayinə üçün ABŞ-a göndəriləcək.
Xatırladaq ki, analoji hadisə ABŞ-ın Kubada olan səfirliyində də baş vermişdi. Vaşinqton hakimiyyətinin "sonic hücum" olaraq adlandırdığı hadisə zamanı yüngül beyin travması, karlıq, baş gicəllənmə və ürəkbulanma kimi əlamətlər müşahidə edilmişdi. ABŞ Havanada bu simptompları yaşayan diplomatlarını geri çağırmışdı.
Xarici İşlər Nazirliyi rəsmi açıqlamda Çində baş verənlərin Havanada yaşanan hadisə ilə bənzərliliyini qeyd edib.
New York Times qəzetinin məlumatına görə, ortaya çıxan problem Çin və ya Rusiya tərəfindən yaradılmış ola bilər.