BAKI, 8 iyun — Sputnik. Havay adalarında vulkan bir kilometr yarım əraziyə yayılıb və püskürməyə davam edir. Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, vulkan bir aya yaxındır ki, püskürür. Lava püskürməsinin nə zaman dayanacağı məlum deyil.
Son məlumatlara görə, 600-dən çox ev məhv olub və iyunun 1-dən etibarən ərazidən əhalinin məcburi təxliyəsi aparılır.
Lava axını Havayın ən böyük şirin gölünü buxarlandırıb. Kapoko körfəzində isə lavadan yeni ərazi meydana gəlib. Məlumata görə, yeni ərazi hakimiyyətə məxsusudr. Alimlərin fikrincə, yaxın zamanlarda ərazi torpaq işləri üçün yaralı olmayacaq. Ancaq bir müddətdən sonra bu ərazidə bitkilər bitəcək.