Trampdan Meyə inanılmaz ittiham

"İnciməyin, lakin o məktəb müəlliməsi kimidir. Düşünmürəm ki, onun kimləsə yaxşı münasibətləri var"
Sputnik

BAKI, 8 iyun — Sputnik. ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Tereza Meylə ikitərəfli görüşünü təxirə salıb. Sputnik Azərbaycan xəbər verir ki, "The Telegraph"-a istinadən xəbər verir ki, görüş Kanadanın Kvekbek şəhərində "Böyük Yeddilik" (G7) sammiti çərçivəsində baş tutmalı imiş.

ABŞ Administrasiyasında olan mənbə qeyd edib ki, Tramp sadəcə müəllimə tonundan artıq yorulub.

"İnciməyin, lakin o məktəb müəlliməsi kimidir. Düşünmürəm ki, onun kimləsə yaxşı münasibətləri var", — deyə nəşrin mənbəsi bildirib.

Məlumatda qeyd olunur ki, Tramp Britaniya hökumətinin rəhbərinin tez-tez baş tutan xahişlərindən də narazıdır.

Qeyd edək ki, bu gün və sabah Kvebek şəhərində G7 ölkələri (ABŞ, Kanada, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya və Yaponiya) dövlət başçılarının sammiti keçiriləcək. Bir çox ölkələrin liderləri hələ Kanadaya gəlməyib. Kanadaya təşrif buyurun liderlə isə Kvebekdən 140 kilometr uzaqlıqda yerləşən La Mlabe kurort şəhərinə gediblər.