CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aldadılan şəxsin harayı: Qardaşım ev üçün "BMW X6" verdi…

Prosesdə 52 nəfər zərərçəkmiş qismində tanınıb
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 8 iyun — Sputnik. Azərbaycanda tikinti bumu start götürəndən vətəndaşların aldadılması halları da başlayıb. Son bir neçə ildə isə bəzi tikinti şirkətlərinin vətəndaşları aldatması xüsusilə geniş miqyas alıb. Bu, çox zaman klassik üsulla həyata keçirilir: binanın tikintisi başa çatır və bölgü zamanı məlum olur ki, bir mənzil, eyni zamanda 3-4 vətəndaşa satılıb. Bundan sonra isə vətəndaşla şirkət səlahiyyətliləri arasında məhkəmə çəkişmələri başlayır.

Zərərçəkmiş şəxslər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə "Xudafərin" MTK-nın vəzifəli şəxsləri Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülə qarşı qaldırılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Proses dövlət ittihamçısı Fərid Nağıyevin iştirakı və təqsirləndirilən Xudafərin MMC–nın (MTK bu MMC-yə daxildir) rəhbəri Abdulla Abdullayevin (Amay Abdulla) vəkili Şahin Rəfiyevin iştirakı ilə keçirilib. 

Prosesdə dinlənilən şəxslərin çoxu evi Xudafərin MTK-nın təmsilçisi Azər Xəlilov adlı şəxsdən aldıqlarını və ev üçün ödədikləri məbləği ya pul, ya da dəyişmə yolu ilə avtomobil şəklində ona verdiklərini bildiriblər.

Paytaxtda yenə söküntü-tikinti qalmaqalı: FHN-in "qırmızı xətt"ini də keçdilər

Zərəçəkmiş qismində dinlənilən Sevil Atakişiyevanın sözlərinə görə, qardaşı ev üçün 100 min manat dəyərində olan "BMW X6" markalı avtomobilini verib: "Azər bizi "AMAY" ticarət mərkəzinə apardı, orada müqavilə bağladıq. Daha sonra avtomobili DYP-yə aparıb rəsmi qaydada alqı-satqı etdik".

S.Atakişiyevanın sözlərinə görə, sonradan mənzilin bir neçə nəfər satılması halı ilə qaşrılaşıb. Binəqədi Rayon Məhkəməsi onların xeyrinə qərar çıxarıb. Sonradan qarşı tərəf məsələ ilə bağlı Apelyasiya Məhkəməsinə müraciət edib və qərar qüvvədə saxlanılıb. Ancaq Xudafərin MTK zəzərçəkmişi mənzil ilə təmin etməyib. 

Digər zərərçəkmişlər də oxşar yollarla Azər Xəlilova ev üçün avtomobil və pul verdiklərini dediyiblər.

Prosesdə 52 nəfər zərərçəkmiş qismində tanınıb.

Məhkəmənin növbəti prosesi iyun ayının 21-nə təyin edilib.