CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycandakı məcburi köçkünlərə 112 milyon dollar yardım

Gil vurğulayıb ki, ABŞ-ın məqsədi azərbaycanlıların arzuladığı daha firəvan, sabit gələcək qurmaqda onlarla əməkdaşlıq etməkdir
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 8 iyun — Sputnik. "Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən bəri ABŞ Azərbaycanın məcburi köçkünlərinə 112 milyon ABŞ dollarından çox yardım edib".

Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ-ın müvəqqəti işlər vəkili Uilyam Gil deyib.

Gil vurğulayıb ki, ABŞ-ın məqsədi azərbaycanlıların arzuladığı daha firəvan, sabit gələcək qurmaqda onlarla əməkdaşlıq etməkdir: "Bildiyiniz kimi ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Minsk Qrupu prosesinin həmsədri olaraq proses çərçivəsində münaqişənin dinc yolla həlli üçün tərəfləri bir araya gətirərək yolun tapılması istiqamətində işlər görür.

Amma eyni zamanda məcburi köçkün əhalisinin ehtiyacları qarşılanmalıdır və biz məcburi köçkünlərə yönəlik bu cür uğurlu fəaliyyət həyata keçirə bildiyimizə görə şadıq" — Gil qeyd edib