Taxıl Fondundan Azərbaycan kəndlilərinə şad xəbər

Keçən il Azərbaycanda 1 ton buğdanın qəbulu üçün qiymət 270-280 manat arasında dəyişib, bu il isə 300 manatdır
Sputnik

BAKI, 8 iyun — Sputnik. "Keçən il Azərbaycanda 1 ton buğdanın qəbulu üçün qiymət 270-280 manat arasında dəyişib, bu il isə 300 manatdır. Beynəlxalq normalara və standartlara uyğun olan məhsulları qəbul edirik". Sputnik Azərbaycan xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üzrə İdarənin rəisi Zülfüqar Məmmədov bu gün keçirilən mətbuat konfransında bildirib.

Zülfüqar Məmmədov, Dövlət taxıl fondunun idarə rəisi

O deyib ki, ölkənin buğdaya olan illik tələbatı 1 mln. 800 min tondur. Ötən il fermerlərdən 58 min ton buğda qəbul olunub.

Dövlət taxıl fondunda mətbuat konfransı

Z.Məmmədovun sözlərinə görə, buğda istehsalçıları aqrotexniki qaydalara riayət etmirlər: "Fermerlər ziyanvericilərə qarşı mübarizə aparmalıdırlar. Yerli fermerlər nə qədər buğda istehsal etsələr onu qəbul etməyə hazırıq, lakin, söhbət keyfiyyət göstəricilərinə uyğun buğdadan gedir".