HADİSƏ

“Hörümçək adam” uşağı xilas etdi, həyatda - VİDEO

Təsadüfən ərazidən keçən gənc oğlan "hörümçək adam" stilində eyvanlarla dırmaşaraq uşağı xilas edə bilib
Sputnik

BAKI, 8 iyun — Sputnik. Çində bir gənc çoxmərtəbəli binadan yıxılmaq təhlükəsi ilə üzləşmiş uşağı xilas edib. Belə ki, uşaq beşinci mərtəbənin eyvanında dəmirbarmaqlıqdan sallanaraq qalıb və geriyə dırmaşa bilmədiyi üçün yızılaraq ölmə təhlükəsi ilə üzləşib.

Lakin bu zaman təsadüfən o ərazidən keçən gənc oğlan "hörümçək adam" stilində eyvanlarla dırmaşaraq uşağı xilas edə bilib. Cəsur gənc uşağı qaldıraraq, eyvandan mənzilə qaytarıb. Həmin hadisənin görüntülərini təqdim edirik: