HADİSƏ

Çin istehsalı alt paltarı alan qadın xəstəxanalıq oldu

Qadın yenidən həkimə müraciət etməli olur
Sputnik

BAKI, 8 iyun — Sputnik.  Çində bir qadın ucuz alt paltarı alıb. Lakin paltarı yumadan əyninə geyinib. Sputnik AzərbaycanTürkiyə mediasına istinadən xəbər verir ki, qadın sinəsində parazit sürfəsi görəndə şok olub.

Qadın həkimə müraciət edib. Həkim ona antibiotik verərək evə yola salıb. Daha sonra qadının vəziyyəti daha da ağırlaşıb. Belə ki,  sürfələrdən çıxan balalar qidalanmaq üçün qadının dərisini yeməyə başlayıb. Qadın yenidən həkimə müraciət etməli olub.