Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 8 iyun — Sputnik. Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin sərəncamına əsasən adı çəkilən qurunun Bərdə nümayəndəliyinə Məmmədov Yunus İsmayıl oğlu sədr təyin edilib.
Qeyd edək ki, indiyə qədər bu vəzifəni həyata keçirən Zeynalov Sərdar İbrahim oğlu olub.
Onu da əlavə edək ki, Məmmədov Yunus İsmayıl oğlu əvvəllər "Nikoylbank"-ın Bərdə filialının sədri vəzifəsində çalışıb.